Körfəzin blokadaya alınması səbəbilə təxminən 20 min dənizçi hərəkətsiz gəmilərdə qalıb.
NTV xəbər verir ki, BMT-nin Beynəlxalq Dəniz Təşkilatının Baş katibi Arsenio Dominges bu barədə BBC telekanalına açıqlaması zamanı deyib.
“Qlobal neft ixracının 20 faizinin Hörmüz boğazından keçdiyini nəzərə alsaq, hazırda üzləşdiyimiz vəziyyət çox narahatedicidir“, - deyə Arsenio Dominges bildirib.
Onun sözlərinə görə, Hörmüz boğazının blokadası kruiz gəmilərində səyahət edən təxminən 15 min sərnişinə də təsir edib.
