satellite   Azerspace-1: 11135 H 30000

Məsud Pezeşkian hücumlara görə qonşu ölkələrdən üzr istədi

Məsud Pezeşkian hücumlara görə qonşu ölkələrdən üzr istədi

İranın Müvəqqəti Rəhbərlik Şurası qonşu ölkələrə hücum etməmək və ərazilərindən İrana hücum olmadığı təqdirdə, raket və dron atmamaqla bağlı qərar qəbul edib.

NTV xəbər verir ki, İran Prezidenti Məsud Pezeşkian dövlət telekanalı ilə yayımlanan videomüraciətində bu barədə danışıb: "Müvəqqəti Rəhbərlik Şurası qonşu ölkələrə hücum etməmək və həmin ölkələrdən İrana hücum olmasa, raket atmamaq barədə qərar qəbul edib. Bir-birimizlə olan bütün fikir ayrılıqlarını və narahatlıqları bir kənara qoyaq".

İran Prezidenti bildirib ki, bölgə ölkələri ilə heç bir düşmənçilikləri yoxdur: "Qonşularımızdan üzr istəyirəm. İrana qarşı hücum olmadığı təqdirdə qonşu ölkələrə heç bir hərbi müdaxilə edilməyəcək".

Pezeşkian hücumların İranın silahlı qüvvələri tərəfindən müstəqil şəkildə edildiyini də bildirib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM