satellite   Azerspace-1: 11135 H 30000

Brüsseldən Buxarestə 150 milyon avroluq enerji dəstəyi

Brüsseldən Buxarestə 150 milyon avroluq enerji dəstəyi

Avropa Komissiyası Rumıniyada elektrik enerjisinin saxlanması layihələrinin dəstəklənməsi üçün 150 milyon avro dəyərində dövlət yardımı sxemini təsdiqləyib.

NTV xəbər verir ki, proqram ölkədə enerji sisteminin dayanıqlılığını artırmaq və bərpaolunan enerji mənbələrinin elektrik şəbəkəsinə daha səmərəli inteqrasiyasını təmin etmək məqsədi daşıyır. Layihə çərçivəsində elektrik enerjisinin batareyalarda saxlanılması üzrə yeni güclərin yaradılması planlaşdırılır.

Avropa Komissiyasının bildirdiyinə əsasən, təşəbbüs Rumıniyada ən azı 2000 meqavat/saatdan çox enerji saxlama gücünün qurulmasına imkan verəcək. Bu isə ölkənin enerji sisteminin sabitliyinin gücləndirilməsinə və elektrik şəbəkəsinin daha tez işləməsinə şərait yaradacaq.

Qeyd olunur ki, proqram Avropa İttifaqının dövlət yardımı qaydalarına uyğun olaraq təsdiqlənib və Rumıniyada enerji keçidinin sürətləndirilməsinə xidmət edəcək. Bununla yanaşı, layihə ölkədə bərpaolunan enerji mənbələrinin inkişafına da əlavə stimul verəcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM