satellite   Azerspace-1: 11135 H 30000

Macarıstan mediası: Aİ Ukrayna ilə neft kəməri və maliyyə mübahisəsində çıxış yolu axtarır

Macarıstan mediası: Aİ Ukrayna ilə neft kəməri və maliyyə mübahisəsində çıxış yolu axtarır

Macarıstanın “İndex.hu” nəşrində dərc olunan məqalədə Avropa İttifaqında Ukrayna ilə bağlı enerji və maliyyə məsələləri ətrafında yaranmış gərginlik təhlil edilir.

NTV xəbər verir ki, yazıda Aİ rəhbərləri – Avropa Komissiyasının sədri Ursula Fon der Lyayenin və Avropa Şurasının Prezidenti Antonio Koştanın – vəziyyətin həlli üçün siyasi kompromis axtardığı bildirilir.

Nəşrin məlumatına görə, əsas mübahisə Ukrayna ərazisindən keçən “Drujba” neft kəmərinin bərpası və istismarı ilə bağlıdır. Macarıstan bu marşrutla neft tədarükünün bərpasını tələb edir və bununla əlaqədar olaraq Kiyevə ayrılması planlaşdırılan 90 milyard avroluq Aİ kredit paketini bloklayıb.

Məqalədə qeyd olunur ki, bu vəziyyət Aİ daxilində ciddi siyasi gərginlik yaradıb, eyni zamanda, Macarıstan–Ukrayna münasibətlərinin daha da pisləşməsinə səbəb olub. Həmçinin vurğulanır ki, yaxın günlərdə keçiriləcək Aİ sammitində Budapeştin veto qərarını yumşaltmaq ehtimalı var.

“İndex.hu” hesab edir ki, enerji təhlükəsizliyi və Ukraynanın maliyyələşdirilməsi məsələləri bir-biri ilə sıx bağlı olaraq Aİ-nin qarşısında mürəkkəb siyasi dilemma yaradır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM