Böyük Britaniyada seçicilər Baş nazir Kir Starmerin Yaxın Şərqdə baş verən müharibəyə reaksiyası ilə bağlı iki fərqli mövqe sərgiləyir.
NTV “Sky News”a istinadla xəbər verir ki, sorğunun nəticələrinə görə, respondentlərin 41 faizi Baş nazirin mövqeyini uğursuz hesab edir, 37 faizi isə onun addımlarını müsbət qiymətləndirir.
Qeyd olunur ki, Starmer ABŞ və İsrailin ötən ay İrana qarşı zərbələr endirməsindən sonra yaranmış vəziyyəti idarə etməsinə görə siyasi spektrin müxtəlif tərəflərindən tənqid olunub.
ABŞ Prezidenti Donald Tramp da Baş naziri tənqid edənlər sırasındadır. O, Starmerin Hörmüz boğazına hərbi gəmilərin göndərilməsi ilə bağlı çağırışını rədd etməsindən narazı olduğunu bildirib. Bununla yanaşı, Baş nazir vurğulayıb ki, Böyük Britaniya daha geniş müharibəyə cəlb olunmayacaq.
Məlumata görə, Böyük Britaniya İrana qarşı ilkin zərbələrdə iştirak etməsə də, sonradan ABŞ qüvvələrinin müdafiə məqsədilə Britaniya hərbi bazalarından istifadə etməsinə icazə verib.
