satellite   Azerspace-1: 11135 H 30000

Çində ürək xəstəliklərinin müalicəsi üçün yeni üsul hazırlanıb

Çində ürək xəstəliklərinin müalicəsi üçün yeni üsul hazırlanıb

Çinli alimlər ürək xəstəliklərinin müalicəsi üçün maqnit mayelərinə əsaslanan yeni texnologiya hazırlayıblar.

NTV Çinin Sinxua agentliyinə istinadla xəbər verir ki, yeni üsul ürəyin sol qulaqcıq çıxıntısında yaranan trombların qarşısını almağa yönəlib. Bu problem xüsusilə qulaqcıq fibrilyasiyası olan xəstələrdə insult riskini artırır. Məlumata görə, alimlər maqnit hissəciklərindən ibarət xüsusi maye hazırlayıblar. Bu maye bədənə daxil olduqdan sonra dar və mürəkkəb sahələrə asanlıqla yayılır və boşluqları doldurur. Eyni zamanda, xarici maqnit sahəsi vasitəsilə idarə oluna bilir.

Qeyd olunur ki, yeni texnologiya əvvəlki üsullardan fərqli olaraq daha təhlükəsizdir və əlavə əməliyyatlara ehtiyacı azalda bilər. Tədqiqatın nəticələri “Nature” jurnalında dərc olunub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM