Türkiyə Milli Müdafiə Nazirliyi Adana əyalətinin cənubunda daha bir “Patriot” hava hücumundan müdafiə raket sisteminin yerləşdirildiyini elan edib.
NTV xəbər verir ki, nazirlik yeni sistemin Türkiyənin hava məkanının təhlükəsizliyini təmin etmək üçün görülən milli tədbirlərə töhfə verəcəyini qeyd edib.
Türkiyənin cənubuna çatdırılan hava hücumundan müdafiə sistemi Almaniyanın Ramşteyn şəhərindəki NATO-nun Birgə Hava Komandanlığı tərəfindən təmin edilib və artıq Adana şəhərində yerləşdirilən İspaniya “Patriot” sistemini tamamlayır.
Martın 10-da NATO “Patriot” sisteminin Türkiyənin Malatya vilayətində yerləşdirilməsi qərarını elan etmişdi.
Müdafiə Nazirliyi Türkiyənin cənubu üzərində İran ballistik raketlərinin vurulduğunu qeyd edib. Bu, hava və raket hücumundan müdafiə tədbirlərinin gücləndirilməsini zəruri edir.
