satellite   Azerspace-1: 11135 H 30000

Çexiyada İsraillə əlaqəli müdafiə sənayesi müəssisəsində yanğın baş verib

Çexiyada İsraillə əlaqəli müdafiə sənayesi müəssisəsində yanğın baş verib

Çexiyada İsrailin müdafiə konserni "Elbit Systems" ilə əlaqəli müəssisədə yanğın baş verib.

NTV xəbər verir ki, bu barədə "Al Jazeera" məlumat yayıb.

Hadisə nəticəsində Çexiya şirkəti ilə birgə müəssisə kimi fəaliyyət göstərən obyektin ərazisində bir neçə bina məhv olub.

Bildirilib ki, polis mümkün terror əlaqəsi versiyasını araşdırır.

Özünü "The Earthquake Faction" adlandıran qrup məsuliyyəti üzərinə götürüb. Teleqramda dərc etdiyi bəyanatda qrup iddia edir ki, obyekt İsrailin ən böyük silah istehsalçılarından birinin Avropa əməliyyatları üçün önəm daşıyır.

"Elbit Systems" şirkəti İsrail ordusunun, o cümlədən Qəzza və İrandakı hərbi əməliyyatlarda istifadə etdiyi quru qoşunları və hava silahlarının əsas təchizatçılarından biridir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM