satellite   Azerspace-1: 11135 H 30000

Rusiya XİN: Xəzərdəki İran limanına edilən hücumlar maraqlarımıza təsir edir

Rusiya XİN: Xəzərdəki İran limanına edilən hücumlar maraqlarımıza təsir edir

Martın 18-də Xəzər dənizindəki İranın Ənzəli limanı bombalandı. Bu böyük Xəzər limanı, qida təchizatı da daxil olmaqla, Rusiya-İran ticarətini asanlaşdırmaq üçün fəal şəkildə istifadə edilən mühüm ticarət və logistika mərkəzidir.

NTV xəbər verir ki, bu barədə Rusiya Xaric İşlər Nazirliyinin bəyanatında bildirilib.

Qeyd olunub ki, endirilən zərbə ilə Rusiyanın və digər Xəzəryanı dövlətlərin iqtisadi maraqları təsirlənir:

"Xəzər dənizi həmişə regional ölkələr və beynəlxalq ictimaiyyət tərəfindən sülh və əməkdaşlıq üçün təhlükəsiz məkan kimi qəbul edilib. Təcavüzkarların ehtiyatsız və məsuliyyətsiz hərəkətləri Xəzəryanı dövlətləri hərbi münaqişəyə cəlb etmək riskini yaradır. Biz bir daha hərbi əməliyyatların dərhal dayandırılmasını və getdikcə qonşu bölgələrə yayılan Yaxın Şərqdəki vəziyyətin siyasi həllinə nail olmaq üçün səylərin bərpa olunmasını qətiyyətlə tələb edirik".

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM