satellite   Azerspace-1: 11135 H 30000

III Çarlz ABŞ-yə səfər edəcək

III Çarlz ABŞ-yə səfər edəcək

Böyük Britaniya kralı III Çarlz ABŞ tərəfinin dəvəti ilə apreldə Vaşinqtona dövlət səfəri edəcək.

NTV xəbər verir ki, bu barədə Bukinhem sarayının mətbuat xidmətinin məlumatında deyilir.

Qeyd olunur ki, səfər ABŞ-nin Böyük Britaniyadan müstəqilliyinin 250 illiyinə həsr olunacaq. Səfər zamanı onu həyat yoldaşı, kraliça-konsort Kamilla müşayiət edəcək.

"Əlahəzrətlərin proqramı Böyük Britaniya ilə ABŞ arasındakı tarixi əlaqələrə və müasir ikitərəfli münasibətlərə həsr ediləcək. Kral monarx kimi Britaniyanın dənizaşırı ərazisinə ilk səfərini həyata keçirmək üçün Bermud adalarına yollanacaq", - məlumatda deyilir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM