satellite   Azerspace-1: 11135 H 30000

Tramp: ABŞ İranın nüvə materiallarını ələ keçirməyi hələlik nəzərdən keçirmir

Tramp: ABŞ İranın nüvə materiallarını ələ keçirməyi hələlik nəzərdən keçirmir

ABŞ Prezidenti Donald Tramp bildirib ki, Vaşinqton hazırda İranın nüvə materiallarını ələ keçirmək üçün əməliyyat keçirmək ehtimalını nəzərdən keçirmir.

NTV xəbər verir ki, bu barədə o, “CBS News” telekanalına verdiyi müsahibədə danışıb. İranın zənginləşdirilmiş uran ehtiyatlarının çıxarılması ilə bağlı suala cavab verən Prezident deyib: “Mən bu barədə heç düşünmürəm də”.

Tramp qeyd edib ki, nüvə materiallarının yerləşdiyi obyektlər çox dərin qatlarda yerləşir və onlara çıxış olduqca çətindir: “Mən sadəcə bilirəm ki, onlar o qədər dərindədir ki, bu materialları əldə etmək hər kəs üçün çətin olacaq”.

Qeyd edək ki, bundan əvvəl ABŞ administrasiyası Vaşinqtonun həmin materialları ələ keçirməyə çalışacağı ehtimalını istisna etmirdi.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM