İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ və İsrailin İrana təkrar hücum edəcəkləri təqdirdə döyüş zonasının Yaxın Şərqdən kənara çıxacağı barədə xəbərdarlıq edib.
NTV xəbər verir ki, “Fars” agentliyi bu barədə SEPAH-ın bəyanatına istinadla məlumat yayıb. “İrana qarşı təcavüz təkrarlansa, regional müharibə bu dəfə bölgədən kənara yayılacaq və zərbələrimiz gözləmədiyiniz yerlərdə sizə sarsıdıcı məğlubiyyət gətirəcək”, - deyə bəyanatda bildirir.
Bir müddət öncə ABŞ Prezidenti Donald Tramp Qətər, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinin xahişi ilə mayın 19-da İrana planlaşdırılan hücumu ləğv etdiyini açıqlayıb. Bu arada İran Xarici İşlər Nazirliyinin nümayəndəsi İsmail Beqai ölkəsinin istənilən ssenariyə hazır olduğunu vurğulayıb.
