satellite   Azerspace-1: 11135 H 30000

Qazaxıstan XİN İranın nüvə probleminin həllində Astananın texniki yardım göstərməyə hazır olduğunu bəyan edib

Qazaxıstan XİN İranın nüvə probleminin həllində Astananın texniki yardım göstərməyə hazır olduğunu bəyan edib

Bir neçə ölkə, o cümlədən Qazaxıstan İranın nüvə məsələsinin həllində texniki yardım göstərməyə hazır olduqlarını bildirib.

NTV xəbər verir ki, bu barədə Qazaxıstan Xarici İşlər Nazirliyinin sözçüsü Erlan Jetıbayev brifinqdə bildirib.

O qeyd edib ki, Qazaxıstan nüvə silahı olmayan dövlət olaraq, nüvə enerjisindən yalnız dinc məqsədlər üçün və AEBA-nın hərtərəfli təminatları altında istifadəni daim müdafiə edir.

“Qazaxıstan İranın nüvə proqramı ilə bağlı çoxtərəfli müqavilələri yaxından izləyir və məsuliyyətli çoxtərəfli əməkdaşlığa sadiq qalır”, - deyə Jetıbayev vurğulayıb.

O, həmçinin qeyd edib ki, istənilən yardım yalnız bütün tərəflər arasında müvafiq beynəlxalq razılaşmalar əldə edildikdə və məsələlər praktiki fəaliyyətə çevrildikdə mümkündür.

Xatırladaq ki, AEBA-nın baş direktoru Rafael Qrossi bu yaxınlarda “Financial Times” qəzetinə verdiyi açıqlamada Qazaxıstanın Tehranın nüvə proqramı ilə bağlı ABŞ və İranın razılığa gələcəyi təqdirdə sonuncunun zənginləşdirilmiş uran ehtiyatlarını saxlamaq üçün qəbul etməyə hazır olduğunu bildirib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM