Şimali Atlantika Alyansı (NATO) Avropanın şərq cinahında hərbi mövcudluğunu artırmağı planlaşdırır.
NTV xəbər verir ki, NATO Hərbi Komitəsinin sədri admiral Cüzeppe Kavo Draqone bu barədə “Al Arabiya” telekanalına müsahibəsində deyib. Onun sözlərinə görə, alyans Rumıniyada yaşayış binasının damına pilotsuz uçuş aparatının düşməsi ilə bağlı insidentdən sonra regionda təhlükəsizlik tədbirlərini gücləndirmək qərarına gəlib. Cüzeppe Kavo Draqone NATO-nun Baltik dənizindən Qara dənizədək uzanan vahid təhlükəsizlik sxeminin yaradılması üzərində işlədiyini qeyd edib.
Admiral əlavə edib ki, alyans hər bir üzv dövlətin ərazisinin qorunması üçün “lazım olan bütün addımları” atmağa hazırdır. Lakin o, bunun üçün konkret olaraq hansı hərbi qüvvələrin cəlb olunacağı barədə məlumat verməyib.
