satellite   Azerspace-1: 11135 H 30000

Polşa öz ərazisində ABŞ-yə daimi hərbi baza yaratmağı təklif edib

Polşa öz ərazisində ABŞ-yə daimi hərbi baza yaratmağı təklif edib

Polşa hökuməti ölkə ərazisində ABŞ qoşunları üçün daimi hərbi bazanın yaradılması ilə bağlı Vaşinqtona rəsmi təklif təqdim edib.

NTV xəbər verir ki, bu barədə Polşanın müdafiə naziri Vladislav Kosinyak-Kamış məlumat verib. Nazirin sözlərinə görə, təklif ABŞ-nin müdafiə naziri Pit Heqsetə təqdim olunub. Hazırda Polşada əsasən rotasiya əsasında təxminən 10 min ABŞ hərbçisi xidmət edir.

Məlumata görə, Varşava ABŞ-nin ölkədəki hərbi mövcudluğunu daha da gücləndirmək niyyətindədir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM