satellite   Azerspace-1: 11135 H 30000

“Reuters”: Donald Tramp İranın nüvə silahından imtina etməyə razı olduğunu bildirib

“Reuters”: Donald Tramp İranın nüvə silahından imtina etməyə razı olduğunu bildirib

ABŞ Prezidenti Donald Tramp İranın nüvə silahından imtina etməyə razı olduğunu bildirib.

NTV “Reuters”ə istinadla xəbər verir ki, Prezident Tramp “New York Post”un “Pod Force One” podkastının aparıcısı Miranda Devaynə müsahibə verib.

ABŞ Prezidenti Ali Rəhbər Müctəba Xameneinin ABŞ ilə danışıqlarda iştirak etdiyini qeyd edib.

“Onlar artıq nüvə silahından imtina etməyə razılaşıblar”, - deyə Tramp bildirib.

İran nüvə proqramının sırf dinc xarakter daşıdığını iddia edərək, həmişə bu silaha sahib olmaq istəyini inkar edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM