satellite   Azerspace-1: 11135 H 30000

İngiltərədə hərbi helikopter qəzaya uğrayıb: Üç əsgər həyatını itirib

İngiltərədə hərbi helikopter qəzaya uğrayıb: Üç əsgər həyatını itirib

Devon bölgəsində təlim uçuşu zamanı Kral Dəniz Qüvvələrinə məxsus helikopterin qəzaya uğraması nəticəsində üç əsgər həlak olub.

NTV xarici mediaya istinadla xəbər verir ki, hadisənin təlim zamanı baş verdiyini bildirib.

Kral Dəniz Qüvvələrinin sözçüsü qəzanın helikopterlə əlaqəli olduğunu bildirib. Sözçü əlavə edib ki, ölən şəxsi heyətin ailələri məlumatlandırılıb və detallar paylaşılmadan əvvəl məxfilik tələb olunub.

Hərbi Dəniz Qüvvələrinin rəisi general Ser Qvin Cenkins qəzaya uğrayan helikopterin Somersetdəki RNAS Yeovilton bazasında yerləşən Merlin Mk4 olduğunu təsdiqləyib və qəza ilə bağlı araşdırmanın başlandığını açıqlayıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM