Misirdə təlim təyyarəsinin qəzaya uğraması nəticəsində pilot ölüb, təlimçi yaralanıb.
NTV yerli mediaya istinadla xəbər verir ki, Misir Aviasiya Akademiyasına məxsus olan təlim təyyarəsi Giza yaxınlığında yerə çırpılıb.
Mülki aviasiya naziri Samih əl-Hifni hadisənin səbəblərinin təcili araşdırılması üçün göstəriş verib.
