satellite   Azerspace-1: 11135 H 30000

Niderlandda polis iğtişaşların 7 iştirakçısını saxlayıb Digər ölkələr

Niderlandda polis iğtişaşların 7 iştirakçısını saxlayıb Digər ölkələr

Niderlandın Veyk-bey-Durstede şəhərində sığınacaq üçün müraciət edənlərə qarşı etiraz aksiyasının 7 iştirakçısı saxlanılıb.

NTV-nin məlumatına görə, bu barədə Niderlandın NOS portalı xəbər verir.

Ötən gecə ratuşa binası qarşısında keçirilən dinc etiraz aksiyası iğtişaşlara çevrilib. Ratuşanın pəncərələri və qapıları, videomüşahidə kamerası sındırılıb, iğtişaş iştirakçıları binaya daxil olublar.

İzdihamın dağıdılmasına iğtişaşlara qarşı mübarizə üzrə xüsusi bölmə cəlb edilib. Bələdiyyənin məlumatına görə, iğtişaşların yatırılması üçün ən azı 80 polis əməkdaşı səfərbər edilib.

Məlumata görə, yerli hakimiyyət orqanları şəhərin köhnə mərkəzindən çox da uzaq olmayan ərazidə sığınacaq istəyən 50-75 üçün müvəqqəti sığınacaq yaratmağı planlaşdırır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM