satellite   Azerspace-1: 11135 H 30000

Xarkova hava hücumu zamanı azı 5 nəfər ölüb

Xarkova hava hücumu zamanı azı 5 nəfər ölüb

Rusiya ordusunun Xarkova təkrar hava hücumu həyata keçirməsi nəticəsində ilkin hava zərbəsindən sonra yanğını söndürən Dövlət Təcili Yanğın Xidmətinin beş işçisi həlak olub.

Bu barədə NTV daxili işlər naziri İqor Klimenkonun "Telegram"dakı xəbərinə istinadla məlumat verib.

Nazir yazıb: "Xarkovda Rusiyanın ikinci hücumu nəticəsində yanğını söndürərkən Dövlət Təcili Yanğın Xidmətinin beş xilasedicisi həlak olub. Azı daha beş nəfər yaralanıb".

Klimenko qurbanların ailələrinə başsağlığı verib, onları "silahsız qəhrəmanlar" adlandırıb və əlavə edib ki, "təəssüf ki, Ukrayna həyat xilas edənləri itirməyə davam edir".

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM