satellite   Azerspace-1: 11135 H 30000

Böyük Britaniya 16 yaşdan kiçik uşaqların sosial şəbəkələrə girişini qadağan edəcək

Böyük Britaniya 16 yaşdan kiçik uşaqların sosial şəbəkələrə girişini qadağan edəcək

Böyük Britaniya 16 yaşdan kiçik uşaqların sosial şəbəkələrə girişini qadağan edəcək.

NTV xəbər verir ki, bu barədə Britaniyanın Baş naziri Kir Starmer "X" sosial şəbəkəsində yayımlanan videomüraciətində bildirib.

Onun sözlərinə görə, qərar sosial şəbəkələrin uşaqların psixi sağlamlığına və rifahına təsiri ilə bağlı artan narahatlıqlar fonunda qəbul edilib.

O vurğulayıb ki, belə bir qərarın həyata keçirilməsinin mürəkkəbliyinə baxmayaraq, hökumət uşaqların qorunması üçün tədbirlər görməyi zəruri hesab edir.

Starmerin sözlərinə görə, qadağa 16 yaşından kiçik istifadəçilərə şamil ediləcək və rəqəmsal mühitdə uşaqların təhlükəsizliyinin təmin edilməsi üzrə ölkə siyasətində mühüm addım olacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM