satellite   Azerspace-1: 11135 H 30000

Fransada meşə yanğınları yüzlərlə hektar ərazini məhv edib

Fransada meşə yanğınları yüzlərlə hektar ərazini məhv edib

Fransada ekstremal istilər fonunda baş verən meşə yanğınları nəticəsində yüzlərlə hektar əraziyə ziyan dəyib.

NTV xəbər verir ki, bu barədə Fransa mediası məlumat yayıb.

Yanğınlardan biri cənub-qərbdəki Lot-e-Qaronna departamenti ərazisində baş verib və 87 hektar ərazini əhatə edib. Alovla mübarizəyə 180-dən çox yanğınsöndürən cəlb olunub. Daha bir yanğın şimalda, Men-e-Luara departamentindəki meşədə baş verib. Hadisə yerində 200-ə yaxın yanğınsöndürən və onlarla texnika işləyib.

Endr departamentində meşə yaxınlığındakı 40 hektar sahədə baş verən yanğın da söndürülüb. İki yanğınsöndürən xəsarət alıb.

Bu gün ekstremal istilərlə əlaqədar 58 departament üçün "qırmızı" xəbərdarlıq elan edilib ki, bu da misli görünməmiş bir miqyasdır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM