Ermənistanın Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyi Avropa Komissiyası və Avropa İnvestisiya Bankı ilə Türkiyə ilə sərhəddəki nəzarət-buraxılış məntəqələrinə gedən yolların tikintisində respublikaya məsləhət dəstəyinin göstərilməsinə dair niyyət memorandumu imzalayıb.
NTV Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə qurumun rəhbəri David Xudatyan sosial şəbəkələrdə məlumat verib.
