satellite   Azerspace-1: 11135 H 30000

Rusiyanın Zaporojyeyə hücumları nəticəsində 1 nəfər ölüb, 37 nəfər yaralanıb

Rusiyanın Zaporojyeyə hücumları nəticəsində 1 nəfər ölüb, 37 nəfər yaralanıb

Rusiya Silahlı Qüvvələrinin Zaporojye vilayətinə hücumları nəticəsində 1 nəfər ölüb, 37 nəfər xəsarət alıb.

NTV xəbər verir ki, bu barədə "İnterfaks-Ukrayna" Zaporojye Vilayət Hərbi Administrasiyasının rəhbəri İvan Fyodorovun bəyanatına istinadən məlumat yayıb.

Onun sözlərinə görə, son sutka ərzində vilayətin 49 yaşayış məntəqəsinə 1083 zərbə endirilib.

Zərbələr əsasən pilotsuz uçuş aparatları (PUA) vasitəsilə həyata keçirilib.

"İnfrastruktur obyektlərinə, yaşayış evlərinə və avtomobillərə ziyan dəyməsi ilə bağlı 298 məlumat daxil olub", – İ.Fyodorov bildirib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM