Rusiyanın Vladimir vilayətinin Sobinka dairəsindəki anbarda yanğın olub, logistika obyektinin əməkdaşları təxliyə edilib.
NTV Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə Vladimir vilayətinin qubernatoru Aleksandr Avdeyev məlumat verib.
"Anbar kompleksinə pilotsuz uçuş aparatı (PUA) vasitəsilə hücum edilib. Dağıntılar, yanğın var", - o bildirib.
RWB şirkəti obyektin "Wildberries" marketpleysinə aid olduğunu təsdiqləyib.
"Şirkətin Vladimir vilayətindəki logistika obyektində yanğın baş verib. İnsanlar təxliyə edilib. İlkin məlumata görə, xəsarət alan yoxdur", - mətbuat xidmətindən bildirilib.
