satellite   Azerspace-1: 11135 H 30000

Hindistanda leysan və daşqınlar 14 nəfər ölümünə səbəb olub, minlərlə sakin təxliyə edilib

Hindistanda leysan və daşqınlar 14 nəfər ölümünə səbəb olub, minlərlə sakin təxliyə edilib

Hindistanın cənubunda yağan güclü yağışlar və baş verən daşqınlar nəticəsində azı 14 nəfər ölüb, minlərlə sakin təhlükəsiz ərazilərə köçürülüb.

NTV-nin məlumatına görə, Kerala ştatında leysan yağışları və daşqınlar nəticəsində azı 11 nəfər həyatını itirib. Ştat hökumətinin nümayəndəsinin bildirdiyinə görə, təxminən 7 700 nəfər təxliyə olunaraq 275 müvəqqəti sığınacaq mərkəzinə yerləşdirilib.

Kerala ştatının baş naziri V.D. Satheesan bazar ertəsindən etibarən rayon rəhbərləri ilə görüşərək sığınacaq mərkəzlərində vəziyyəti müzakirə edəcəyini bildirib. Onun sözlərinə görə, daşqından zərər çəkmiş ərazilərdə artıq təmizləmə işlərinə başlanılıb.

Ştatın Fövqəladə Halların İdarəetmə Təşkilatı bazar ertəsi bəzi bölgələrdə güclü külək və mülayim yağıntının davam edəcəyi barədə xəbərdarlıq edib.

Əlverişsiz hava şəraiti səbəbindən Kerala ştatında bir çox məktəbdə dərslər dayandırılıb, həmçinin müəllimlərin işə qəbulu üzrə ştat səviyyəli imtahan təxirə salınıb.

Qonşu Karnataka ştatında isə intensiv yağışların səbəb olduğu torpaq sürüşməsi nəticəsində bir ailənin üç üzvü – ər, həyat yoldaşı və övladı həlak olub. Bu barədə yerli The Hindu qəzeti məlumat yayıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM