satellite   Azerspace-1: 11135 H 30000

Pezeşkian: Milli Təhlükəsizlik Şurasının bütün üzvləri İslamabad memorandumunu dəstəkləyir

Pezeşkian: Milli Təhlükəsizlik Şurasının bütün üzvləri İslamabad memorandumunu dəstəkləyir

“Milli Təhlükəsizlik Şurasının bütün üzvləri imzalanmış razılaşmanı dəstəkləyir”

NTV-nin məlumatına görə, bunu prezidenti Məsud Pezeşkian İran və ABŞ arasında İslamabadda imzalanmış razılaşma ilə bağlı “X” hesabındakı paylaşımında yazıb.

“İmzalanan memorandum Milli Təhlükəsizlik Şurasının üzvlərinin kollektiv müdrikliyinin məhsuludur və bütün üzvlər onunla həmrəydir”, –o bildirib.

İran Prezidenti onu da vurğulayıb ki, o, bu memorandumun gələcəkdə ölkənin xarici siyasətində əsas istiqamət olacağına inanır.

Pezeşkian əlavə edib ki, qarşı tərəfin imzaladığı öhdəliklərə əməl etməsinə nail olmaq üçün səylər davam etdirilməlidir.

“Bu memorandum ölkənin, regionun və müttəfiqlərimizin təhlükəsizliyinin güclənməsinə xidmət edəcək”, – Pezeşkian qeyd edib.

Haşim

Haşim Rahimi

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM