satellite   Azerspace-1: 11135 H 30000

Kolumbiyaya zəlzələ ilə əlaqədar yardım olunur, ölkədə təhlükəsizliyi təmin etmək üçün tədbirlər görülür - FOTOLAR

Kolumbiyaya zəlzələ ilə əlaqədar yardım olunur, ölkədə təhlükəsizliyi təmin etmək üçün tədbirlər görülür<font color=red> - FOTOLAR</font> Kolumbiyaya zəlzələ ilə əlaqədar yardım olunur, ölkədə təhlükəsizliyi təmin etmək üçün tədbirlər görülür<font color=red> - FOTOLAR</font>

Venesuela baş verən güclü zəlzələ ilə əlaqədar Kolumbiyaya xilasetmə qrupu və humanitar yardım göndərir.

NTV xəbər verir ki, bu barədə Venesuelanın Prezident Komissarı Delsi Rodriges məlumat verib.

O, həlak olanların ailələrinə başsağlığı verib və Kolumbiya xalqına dəstək sözlərini ünvanlayıb.

Bu arada Kolumbiyanın Kali şəhərində zəlzələdən sonra komendant saatı tətbiq edilib.

Şəhərin meri Alejandro Eder bildirib ki, komendant saatı yerli vaxtla saat 20:00-dan 06:00-dək qüvvədə olacaq.

"Məqsəd şəhərdə təhlükəsizliyi təmin etmək və xilasedicilərin fasiləsiz işi üçün bütün lazımi şəraiti yaratmaqdır", - deyə o vurğulayıb.

04:04

Kolumbiyada baş verən güclü zəlzələ nəticəsində azı 132 nəfər ölüb, daha 570 yaralı var.

NTV xəbər verir ki, bu barədə BluRadio məlumat yayıb.

Bildirildiyinə görə, ölkə daxilində 32 şəhərdə qırmızı həyəcan səviyyəsi elan olunub. Bu da dağıntıların çox olduğunu göstərir.

Dağıntıların altında qalanların axtarışları davam etdirilir.

Xatırladaq ki, Kolumbiya Geoloji Xidməti daha əvvəl Çoko departamentinin San Jose del Palmar şəhəri yaxınlığında 7,4 bal gücündə zəlzələnin baş verdiyini açıqlayıb. Ölkə Prezidenti Abelardo de la Espriellanın sözlərinə görə, ən böyük ziyan Pereira və Manisales şəhərlərində qeydə alınıb.

Zəlzələ Panama da daxil olmaqla, qonşu ölkələrdə də hiss edilib.

23:00

Kolumbiyada baş verən zəlzələ nəticəsində 111 nəfər ölüb.

NTV xarici mediaya istinadla xəbər verir ki, bu barədə ölkənin Prezidenti Abelardo de la Espriella məlumat verilib.

Həmçinin bildirilib ki, zəlzələ ilə əlaqədar Kolumbiyada fövqəladə vəziyyət elan edilib və dağıntılar altında qalan insanların axtarışına başlanılıb.

20:57

Kolumbiyada baş verən zəlzələ nəticəsində azı 55 nəfər həlak olub.

NTV xəbər verir ki, bu barədə BluRadio məlumat yayıb.

Bildirilib ki, ən çox ölü ölkənin Valle del Cauca departamentindədir. Burada ölənlərin sayı 27-dir.

19:41

Kolumbiyada baş verən güclü zəlzələ nəticəsində bir sıra şəhərlərdə binaların dağıldığı, insanların öldüyü və xəsarət aldığı bildirilir.

NTV BBC-yə istinadla xəbər verir ki, ölkənin Geologiya Xidmətinin məlumatına görə, 7,4 maqnitudalı zəlzələ yerli vaxtla saat 07:34-də (Qrinviç vaxtı ilə 12:34) ölkənin Çoko vilayətində 103 kilometr dərinlikdə baş verib.

Məlumata görə, hadisə zamanı 30-a yaxın insan ölüb, yaralılar var.

Zəlzələ episentrdən yüzlərlə kilometr şərqdə yerləşən paytaxt Boqotada da hiss olunub və burada bir neçə binanın sakinləri təxliyə ediliblər.

Kali şəhərinin meri azı 20 binaya zərər dəydiyini diqqətə çatdırıb.

Ölkənin aviasiya qurumu Pereyra, Manizales, Kibdo, Armenia, Kartaqo və Buenaventura şəhərlərindəki hava limanları da daxil olmaqla, bir sıra regional hava limanlarında zərərin qeydə alındığını açıqlayıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM