satellite   Azerspace-1: 11135 H 30000

Faktiki hava: Bəzi dağlıq və dağətəyi rayonlarda arabir şimşək çaxır, yağış yağır

Faktiki hava: Bəzi dağlıq və dağətəyi rayonlarda arabir şimşək çaxır, yağış yağır

Milli Hidrometeorologiya Xidmətinin avqustun 11-i saat 11:00-a olan məlumatına əsasən, bəzi dağlıq və dağətəyi rayonlarda arabir şimşək çaxır, yağış yağır.

Xidmətdən NTV-yə verilən məlumata görə, ayrı-ayrı yerlərdə yağıntılar leysan xarakterlidir.

Düşən yağıntının miqdarı Şahbuzda 11, Gəncədə 6, Daşkəsəndə 5, Kəlbəcərdə 3, Şərurda 2, Sabirabad, Altıağac, Qusar, Zaqatala, Xaltan (Quba), Culfa, Şuşa, Füzuli, Zəngilan, Gədəbəy, Qax, Kişçay (Şəki), Yevlax, Lerik, Cocuqmərcanlı, Goranboy, Göygöl, Naxçıvanda 1 millimetrdir.

Avqustun 10-da bəzi yerlərdə qərb küləyi əsib, küləyin maksimal sürəti Naftalanda 20, Culfada 19 metr/saniyəyə çatıb.

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM