satellite   Azerspace-1: 11135 H 30000

ABŞ-nin neft ehtiyatları 43 ilin minimumuna enib

ABŞ-nin neft ehtiyatları 43 ilin minimumuna enib

Birləşmiş Ştatların strateji xam neft ehtiyatları son 43 ildə ən aşağı səviyyəyə düşüb.

NTV xəbər verir ki, ABŞ-nin Energetika Nazirliyi ölkənin strateji neft ehtiyatlarının ötən həftə 6,1 milyon barel azalaraq 298,7 milyon barel olduğunu açıqlayıb. Bu göstərici 1983-cü ildən bəri qeydə alınan ən səviyyədir. Beləliklə də, ABŞ-nin strateji neft ehtiyatları son 43 ildə ilk dəfə 300 milyon bareldən aşağı düşüb.

Birləşmiş Ştatların strateji neft ehtiyatları 1977-ci ildə yaradılıb. Ümumi tutumu 713,5 milyon barel olan ehtiyatlar Yaxın Şərqdə münaqişə başlayan vaxt 415 milyon barel səviyyəsində olub.

Hörmüz boğazının bağlamasından sonra ABŞ Beynəlxalq Enerji Agentliyi (IEA) ilə koordinasiya çərçivəsində bu il ərzində neft ehtiyatlarından 172 milyon bareli istifadə edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM