satellite   Azerspace-1: 11135 H 30000

Fransada meduzaların kütləvi axını ilə əlaqədar üç nüvə reaktorunun fəaliyyəti dayandırılıb

Fransada meduzaların kütləvi axını ilə əlaqədar üç nüvə reaktorunun fəaliyyəti dayandırılıb

Fransanın şimalında yerləşən Qravelin Atom Elektrik Stansiyasının üç reaktorunun fəaliyyəti dəniz suyunun vurulması məntəqələrinə çox sayda meduzanın daxil olması səbəbindən dayandırılıb.

NTV xəbər verir ki, bu barədə Fransanın elektrik enerjisi şirkəti olan “EDF” məlumat yayıb.

Bildirilib ki, bu vəziyyət qurğuların və personalın təhlükəsizliyinə, eləcə də ətraf mühitə təsir göstərmir. Meduzaların kütləvi şəkildə suqəbuledici sistemlərə daxil olması filtrasiya qurğularının tutulmasına səbəb ola bildiyi üçün qabaqlayıcı tədbirlər görülür.

Qeyd edək ki, Qravelin Atom Elektrik Stansiyasında qurğuların soyudulması üçün Şimal dənizinin suyundan istifadə olunur.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM