satellite   Azerspace-1: 11135 H 30000

Media: Türkiyə şirkətləri yükləri Qara dəniz vasitəsilə göndərməkdən imtina edir

Media: Türkiyə şirkətləri yükləri Qara dəniz vasitəsilə göndərməkdən imtina edir

Qara dənizdə artan gərginlik və gəmiçilik üçün təhdidlər türk ixracatçılarını Azərbaycan da daxil olmaqla alternativ təchizat yolları axtarmağa məcbur edir.

NTV xəbər verir ki, “Milliyet” qəzeti bu barədə mülki gəmilərə dron hücumları fonunda dəniz gəmiçiliyi xərclərinin kəskin artmasına diqqət yetirərək yazıb.

“Türkiyə ilə Rusiyanın Novorossiysk limanı arasındakı marşrutda fəaliyyət göstərən gəmiçilik şirkətləri “müharibə riski ilə bağlı əlavə haqq” (WRS) tətbiq etməyə başlayıb. Əlavə ödənişlər səbəbindən konteyner daşımalarının artan qiyməti bəzi şirkətləri əməliyyatları dayandırmağa məcbur edir, digərləri isə gəmiçilik marşrutlarını dəyişir”, - deyə qəzet yazır. Materialda Qara dənizdə əlavə gəmiçilik xərclərinin iyirmi fut ekvivalent vahid (TEU) üçün 1000 dollara qədər artdığı və bunun adi haldan iki-üç dəfə çox olduğu qeyd edilir.

Nəşr vurğulayır ki, bir çox şirkətin sahibləri yükləri Gürcüstan, Azərbaycan və İran vasitəsilə quru yolu ilə yönləndirir, bəziləri isə dəniz yolu ilə Cənub-Şərqi Asiya ölkələrinə göndərir. Bir neçə şirkət isə ixrac əməliyyatlarını tamamilə dayandırıb.

Qeyd etmək lazımdır ki, son həftələrdə Qara dənizdə Türkiyənin bir neçə gəmisinə hücum edilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM