Bu il avqustun 1-nə Naxçıvan Muxtar Respublikasında aktiv vergi ödəyicilərinin sayı ilin əvvəli ilə müqayisədə 8,3 % artaraq 24 227-yə çatıb.
NTV xəbər verir ki, aktiv ƏDV ödəyicilərinin sayı isə 5,6 % artaraq 657 olub.
Hesabat dövründə aktiv obyektlərin (təsərrüfat subyektlərinin) sayı da artıb. Belə ki, bu göstərici ilin əvvəli ilə müqayisədə 18,8 % yüksələrək 7 235 təşkil edib.
