satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycanın İsveçdəki səfiri dəyişdirilib

Azərbaycanın İsveçdəki səfiri dəyişdirilib

Zaur Rəşid oğlu Əhmədov Azərbaycanın İsveç Krallığında, eyni zamanda Danimarka Krallığında, Finlandiya Respublikasında və Norveç Krallığında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.

NTV xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Dövlət başçısının digər Sərəncamı ilə Elnur İxtiyar oğlu Sultanov Azərbaycanın İsveç Krallığında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Qeyd edək ki, E.Sultanov bu vaxta qədər Azərbaycanın Latviyada səfiri vəzifəsində çalışıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM