Ötən gün Cəlilabad rayonunun Maşlıq, Goranboyun Düzqışlaq, Oğuzun Yaqublu və İsmayıllının Qəzli kəndlərinin ərazisində yanğın hadisələri törədən şəxslər polis əməkdaşları tərəfindən müəyyən ediliblər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən NTV-yə bildirilib ki, araşdırmalar nəticəsində yanğınların həmin rayonların sakinləri - F. Zeynalov, Ə. Əliyev, A. Ağayev və M. Şükürov tərəfindən törədildiyi məlum olub.
Yanğın hadisələri nəticəsində ümumilikdə 9 hektara yaxın sahədə biçilmiş əkin sahəsi və kol-kos yanıb.
Həmin şəxslər barəsində qanunvericiliyə uyğun tədbirlər görülüb.
