satellite   Azerspace-1: 11135 H 30000

Lənkəranda meşədə iki nəfərin meyitinin aşkarlanması faktı üzrə cinayət işi başlanıb

Lənkəranda meşədə iki nəfərin meyitinin aşkarlanması faktı üzrə cinayət işi başlanıb

Avqustun 11-də Lənkəran rayonunun Haftoni kəndi yaxınlığındakı meşəlik ərazidə iki nəfərin meyitinin aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Baş Prokurorluğun mətbuat xidmətindən NTV-yə verilən məlumata görə, ilkin araşdırmalar zamanı meyitləri aşkar olunan şəxslərin 1997-ci il təvəllüdlü Xəzər Vurğun oğlu Mirzəyev və 2010-cu il təvəllüdlü Fidan Şahid qızı Məmmədova olması müəyyən edilib.

Faktla bağlı Lənkəran Rayon Prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

Hazırda hadisənin bütün halları, eləcə də, şəxslərin ölüm səbəbləri və şəraiti araşdırılmaqla, müvafiq ekspertizalar təyin edilib, aidiyyəti dövlət qurumları, o cümlədən daxili işlər orqanlarının əməkdaşları ilə birgə zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM