satellite   Azerspace-1: 11135 H 30000

Pentaqon Yəməndəki hava hücumlarında 150-dən çox mülki şəxsin öldüyünü təsdiqləyib

Pentaqon Yəməndəki hava hücumlarında 150-dən çox mülki şəxsin öldüyünü təsdiqləyib

ABŞ Müdafiə Nazirliyinin daxili araşdırması zamanı 2025-ci ildə Yəmənə endirilən zərbələr nəticəsində 150-dən çox mülki şəxsin həlak olduğu aşkar edilib.

NTV xəbər verir ki, “The Washington Post" qəzetinin məlumatına görə, bu araşdırma Pentaqonun münaqişə zamanı mülki əhaliyə dəyən zərərə görə məsuliyyət daşıdığını rəsmən etiraf etdiyi ilk haldır.

Məlumata əsasən, 2025-ci ildə husilərə qarşı həyata keçirilən əməliyyatlar zamanı ABŞ-ın hava hücumlarında 153 dinc sakin ölüb, təxminən 250 nəfər isə yaralanıb. Pentaqon aparılan araşdırmanın nəticələrini yaxın aylarda rəsmən dərc etməyi planlaşdırır.

Xatırladaq ki, 2025-ci ilin martında ABŞ Prezidenti Donald Trampın əmri ilə husilərə qarşı hərbi əməliyyatlara başlanmışdı. Həmin ilin mayında isə ABŞ husilərin Qırmızı dənizdəki hücumları dayandırmağa razılaşdığını əsas gətirərək əməliyyatların dayandırıldığını elan etmişdi.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM