satellite   Azerspace-1: 11135 H 30000

Böyük Britaniyada kəskin istilərlə bağlı hökumətin fövqəladə iclası olacaq

Böyük Britaniyada kəskin istilərlə bağlı hökumətin fövqəladə iclası olacaq

Böyük Britaniyanın Baş naziri Endi Börnhem ölkədə hökm sürən ekstremal istilər, meşə yanğınları və geniş əraziləri əhatə edən quraqlıqla əlaqədar hökumətin fövqəladə vəziyyətlər üzrə komitəsinin (COBRA) iclasına sədrlik edəcək.

NTV “The Independent”ə istinadla xəbər verir ki, bu, COBRA-nın cari ildə yüksək temperaturla əlaqədar keçirilən ikinci iclasıdır. Bundan əvvəl iyun ayında müşahidə olunan istilər zamanı da komitənin iclası keçirilib. Bu gün ölkədə havanın temperaturunun 33, sabah isə bəzi ərazilərdə 38 dərəcəyədək yüksələcəyi proqnozlaşdırılır.

Baş nazirin ofisinin nümayəndəsi bildirib ki, hökumət isti hava şəraitinin yanğınsöndürənlərə, fermerlərə və Milli Səhiyyə Xidmətinin əməkdaşlarına göstərdiyi təsiri nəzərə alır.

Avqustun 11-də yanğınsöndürənlərin həmkarlar ittifaqının rəhbərlərindən biri ölkə ərazisində davam edən meşə yanğınları fonunda Böyük Britaniyanın milli fövqəladə vəziyyətlə üzləşdiyi barədə xəbərdarlıq edib. “Southern Water” şirkəti isə quraqlıqla əlaqədar xüsusi məhdudiyyətlərin tətbiq olunması üçün müraciət edib. Məhdudiyyətlər qüvvəyə minərsə, qeyri-məişət məqsədli üzgüçülük hovuzlarının su ilə doldurulması qadağan olunacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM