satellite   Azerspace-1: 11135 H 30000

Türkiyədə 800-dən çox şəxsi aldadaraq 116 milyon lirə mənimsəyən qruplaşma ifşa edilib

Türkiyədə 800-dən çox şəxsi aldadaraq 116 milyon lirə mənimsəyən qruplaşma ifşa edilib

Türkiyədə ölkə vətəndaşlarını internet infrastrukturu dəyişikliyi bəhanəsi ilə aldadaraq 116 milyon lirə mənimsəyən qruplaşma ifşa olunub.

NTV xəbər verir ki, bununla bağlı Türkiyənin Eskişehir Baş Prokurorluğu tərəfindən ölkənin 18 şəhərində keçirilən əməliyyat nəticəsində 90 şübhəli saxlanılıb.

Onların qeyd edilən yolla təxminən 801 nəfəri aldatdığı bildirilir.

Əməliyyat zamanı 13 şirkətin hesabları, eləcə də müxtəlif avtomobil, daşınmaz əmlak və torpaq sahələri müsadirə olunub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM