satellite   Azerspace-1: 11135 H 30000

Qazaxıstanda Azərbaycan komandasının da iştirak etdiyi gənc müfəttişlərin toplantısı davam edir

Qazaxıstanda Azərbaycan komandasının da iştirak etdiyi gənc müfəttişlərin toplantısı davam edir

Qazaxıstanın Kostanay vilayətində XXI Gənc Yol Hərəkəti Müfəttişlərinin Toplantısı davam edir.

NTV Qazaxıstanın Daxili İşlər Nazirliyinə istinadla xəbər verir ki, “Orlenok” uşaq sağlamlıq düşərgəsində iştirakçılar üçün müxtəlif müsabiqələr və ilk tibbi yardımın göstərilməsi üzrə praktiki məşğələ təşkil olunub.

Qazaxıstanın 20 vilayətindən və MDB-nin 6 ölkəsindən patrul polisinin təbliğat bölmələrinin əməkdaşları testdən keçib, daha sonra peşə təcrübəsi mübadiləsi aparıb və profilaktik işin səmərəli üsullarını müzakirə ediblər.

Xatırladaq ki, toplantıda Qazaxıstanın regionlarından 20 komanda, MDB ölkələrindən isə 6 komanda iştirak edir. Xarici iştirakçılar arasında Azərbaycan komandası da var.

Tədbirin əsas məqsədi gənc nəslə yollarda təhlükəsiz davranış vərdişlərinin aşılanması, hüquqi savadlılığın artırılması və vətəndaş məsuliyyətinin inkişaf etdirilməsidir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM