satellite   Azerspace-1: 11135 H 30000

Türkiyədə 485 min əlyazma və nadir çap əsəri rəqəmsallaşdırılıb - FOTOLAR

Türkiyədə 485 min əlyazma və nadir çap əsəri rəqəmsallaşdırılıb<font color=red> - FOTOLAR</font> Türkiyədə 485 min əlyazma və nadir çap əsəri rəqəmsallaşdırılıb<font color=red> - FOTOLAR</font> Türkiyədə 485 min əlyazma və nadir çap əsəri rəqəmsallaşdırılıb<font color=red> - FOTOLAR</font> Türkiyədə 485 min əlyazma və nadir çap əsəri rəqəmsallaşdırılıb<font color=red> - FOTOLAR</font> Türkiyədə 485 min əlyazma və nadir çap əsəri rəqəmsallaşdırılıb<font color=red> - FOTOLAR</font> Türkiyədə 485 min əlyazma və nadir çap əsəri rəqəmsallaşdırılıb<font color=red> - FOTOLAR</font> Türkiyədə 485 min əlyazma və nadir çap əsəri rəqəmsallaşdırılıb<font color=red> - FOTOLAR</font>

Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi tərəfindən həyata keçirilən rəqəmsallaşdırma layihəsi çərçivəsində 485 min əlyazma və nadir çap əsəri elektron platformaya köçürülüb. Materiallar Türkiyə Əlyazma Əsərlər Qurumu Başkanlığının (TÜYEK) idarə etdiyi, öz sahəsində dünyanın en böyük resurslarından sayılan “Yazma Əsərlər Portalı”nda yerləşdirilib.

Nazirlikdən NTV-yə bildirilib ki, portalın 30 mindən çox istifadəçisi var və bu günədək platformaya 1,366 milyon ziyarət qeydə alınıb. Bütün materiallar fiziki bütövlüyü qorunmaqla yüksək keyfiyyətlə rəqəmsallaşdırılıb və beynəlxalq kataloq standartlarına uyğun təqdim edilir.

Məsələ ilə bağlı açıqlama verən Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy bildirib ki, layihə əsrlərlə toplanmış elm, mədəniyyət və təfəkkür irsini qlobal miqyasda əlçatan edir, eyni zamanda nadir nümunələri zamanın və istifadənin yetirdiyi zədələrdən qoruyur.

TÜYEK hazırda süni intellekt və müasir texnologiyalar vasitəsilə əsərlərin rəqəmsallaşdırılması, kataloqlaşdırılması və mətnlərin elektron formata keçirilməsi istiqamətində işləri davam etdirir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM