satellite   Azerspace-1: 11135 H 30000

Brüsseldə açılan “Postkolonial?” sərgisi Avropanın müstəmləkəçilik irsini araşdırır

Brüsseldə açılan “Postkolonial?” sərgisi Avropanın müstəmləkəçilik irsini araşdırır

Brüsseldəki Avropa Tarixi Evində açılan “Postkolonial?” adlı müvəqqəti sərgi Avropanın müstəmləkəçilik irsi ilə bağlı müzakirələri yenidən gündəmə gətirib.

NTV xəbər verir ki, sərgi Avropanın özünü həqiqətən postkolonial cəmiyyət kimi təqdim edib-etməyəcəyini sual altına alır və keçmiş imperiyaların müasir siyasətə təsirini araşdırır.

Dörd bölmədən ibarət ekspozisiya müstəmləkəçiliyin yaranmasından imperiyaların süqutuna, eləcə də müstəqillikdən sonra davam edən iqtisadi asılılıq və bərabərsizliklərə qədər müxtəlif mərhələləri əhatə edir. Sərgidə 195 tarixi əşya və sənəd, 25 müasir sənət əsəri, həmçinin 8 şəxsi videohekayə nümayiş olunur.

Muzey rəhbərliyi xüsusilə vurğulayır ki, siyasi müstəqillik müstəmləkə idarəçiliyinin yaratdığı bərabərsizlikləri tam aradan qaldırmayıb.

Ekspozisiyada Belçikanın Konqodakı müstəmləkəçilik keçmişinə də xüsusi diqqət yetirilir və muzey daimi sərgisində bu tarixin kifayət qədər əks olunmadığını etiraf edir.

Girişi ödənişsiz olan sərgi 2027-ci il martın 14-dək ziyarətçilər üçün açıq olacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM