satellite   Azerspace-1: 11135 H 30000

Yeddi ayda külək elektrik stansiyalarından istehsal 22 dəfə artıb - FOTOLAR

Yeddi ayda külək elektrik stansiyalarından istehsal 22 dəfə artıb<font color=red> - FOTOLAR</font>

Bu ilin yanvar-iyul aylarında Azərbaycanda (əsas fəaliyyəti elektrik enerjisinin istehsalı olmayan müəssisələr nəzərə alınmadan) 15 milyard 172 milyon kilovat-saat elektrik enerjisi istehsal edilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 3 faiz azdır.

Dövlət Statistika Komitəsindən NTV-yə bildirilib ki, hesabat dövründə istehsal olunan elektrik enerjisinin 14 milyard 734,9 milyon kilovat-saatı əmtəəlik məhsulun payına düşüb, bu da keçən illə müqayisədə 2,5 faiz azdır.

Hesabata əsasən, külək elektrik stansiyalarından istehsal 22 dəfə artaraq 606 milyon kilovat-saat, Günəş elektrik stansiyalarından istehsal 5 faiz artaraq 350,7 milyon kilovat-saat, su elektrik stansiyalarından istehsal isə 5,6 faiz artaraq 2 milyard 195,7 milyon kilovat-saat təşkil edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM