satellite   Azerspace-1: 11135 H 30000

“Rheinmetall” Almaniya ordusu üçün əlavə 149 mobil tibbi yardım məntəqəsi hazırlayacaq

“Rheinmetall” Almaniya ordusu üçün əlavə 149 mobil tibbi yardım məntəqəsi hazırlayacaq

Almaniyanın “Rheinmetall” müdafiə sənayesi konserni bu ölkənin Silahlı Qüvvələri (Bundesver) üçün əlavə 149 mobil tibbi yardım məntəqəsi hazırlayacaq.

NTV xəbər verir ki, şirkətin məlumatında sifarişin ümumi dəyərinin 500 milyon avrodan çox olduğu, prosesin 2027-ci ilin birinci rübündə başlanmasının planlaşdırıldığı bildirilib.

İyulda rəsmiləşdirilən yeni sifarişlə Bundesverə çatdırılacaq belə sistemlərin ümumi sayı 165-ə, müqavilənin ümumi dəyəri isə 600 milyon avroya çatır.

Mobil tibbi məntəqələr hərbi qulluqçulara ilkin təcili tibbi yardım göstərmək üçün nəzərdə tutulub. Hər bir sistem iki konteynerdən ibarətdir və müstəqil fəaliyyət göstərə bilir. Sistem qısa müddətdə dörd hərbçi tərəfindən quraşdırılıb sökülə bilər. Məntəqələrdə təcili yardım və əlavə müalicə bölmələri yerləşdirilir, tibbi avadanlıq istifadə tələblərinə uyğun qurula bilir. Yeni sistemlər müxtəlif hərbi nəqliyyat vasitələri ilə daşına və çətin relyefdə quraşdırıla bilir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM