Avqustun 22-nə keçən gecə Rusiyanın hücumu Ukraynanın Odessa vilayətində "DTEK" enerji şirkətinin enerji obyektlərinə ciddi ziyan vurub, onların bərpası üçün vaxt tələb olunacaq.
NTV "DTEK"ə istinadən xəbər verir ki, enerji mütəxəssisləri hərbçilərdən və xilasedicilərdən icazə aldıqdan sonra qəza-bərpa işlərinə başlayıblar.
"Enerji obyektləri ciddi şəkildə zədələnib. Avadanlıqları işlək vəziyyətə qaytarmaq üçün vaxt lazım olacaq", - şirkətdən bildiriblər.
DTEK-də xəbərdarlıq ediblər ki, kritik infrastruktur obyektlərinin işində fasilələr yarana bilər.
Enerji mütəxəssisləri zədələnmiş obyektlərin bərpası üzrə işləri davam etdirirlər.
