satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvanda yeni fəaliyyətə başlayan balıqçılıq və akvakultura müəssisələrinə baxış keçirilib - FOTOLAR

Naxçıvanda yeni fəaliyyətə başlayan balıqçılıq və akvakultura müəssisələrinə baxış keçirilib<font color=red> - FOTOLAR</font> Naxçıvanda yeni fəaliyyətə başlayan balıqçılıq və akvakultura müəssisələrinə baxış keçirilib<font color=red> - FOTOLAR</font> Naxçıvanda yeni fəaliyyətə başlayan balıqçılıq və akvakultura müəssisələrinə baxış keçirilib<font color=red> - FOTOLAR</font> Naxçıvanda yeni fəaliyyətə başlayan balıqçılıq və akvakultura müəssisələrinə baxış keçirilib<font color=red> - FOTOLAR</font> Naxçıvanda yeni fəaliyyətə başlayan balıqçılıq və akvakultura müəssisələrinə baxış keçirilib<font color=red> - FOTOLAR</font> Naxçıvanda yeni fəaliyyətə başlayan balıqçılıq və akvakultura müəssisələrinə baxış keçirilib<font color=red> - FOTOLAR</font>

NTV xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin 25 may 2026-cı il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində Şərur rayonunda fəaliyyətə başlayan və fəaliyyətinin bərpası istiqamətində işlər aparılan balıqçılıq və akvakultura müəssisələrinə baxış keçirilib.

Avqustun 22-də keçirilən baxışda Şərur Rayon İcra Hakimiyyətinin başçısı Kamal Cəfərov və Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat nazirinin müavini Tapdıq Əliyev iştirak ediblər.

Səfər zamanı sahibkarlarla görüş keçirilib, onların təklif və problemləri dinlənilib. Sahibkarlara Dövlət Proqramının əsas istiqamətləri barədə məlumat verilib və aidiyyəti üzrə tövsiyələr verilib.

Şərur rayonunun Aşağı Yaycı kəndində 5 hektar ərazidə fəaliyyəti bərpa edilmiş vətəgədə balıq hovuzlarının yenilənməsi, balıq kürülərinin saxlanılması üçün hovuzların qurulması, avadanlıqların alınması, 200 min ədəd forel kürüsünün gətirilməsi, ehtiyat su quyularının qazılması və mövcud kanalların təmizlənməsi işləri görülüb.

Baxış zamanı kürüdən çıxan körpə forel balıqlarının daha geniş hovuzlara köçürülməsi prosesində də iştirak edilib. Vətəgənin ilkin mərhələdə illik istehsal gücünün 60 ton forel balığı olması nəzərdə tutulur. Təsərrüfat tam fəaliyyətə başladıqdan sonra burada 30 yeni iş yerinin yaradılması planlaşdırılır.

Rayonun Dizə kəndində 1,8 hektar ərazidə fəaliyyəti bərpa edilən digər balıqçılıq vətəgəsinə isə ümumilikdə 350 min ədəd körpə sazan və belamur balığı buraxılıb. Hazırda balıqların təbii yemlənməsi həyata keçirilir. Burada ilkin mərhələdə 70 ton balıq istehsalı nəzərdə tutulur. Sahibkar tərəfindən 2027-ci ilin əvvəlindən hovuzlarda forel balıqlarının da saxlanılması üçün hazırlıq işləri aparılır. Təsərrüfatın fəaliyyətinin bərpası nəticəsində 15 yeni iş yerinin yaradılması planlaşdırılır.

Baxış keçirilən digər müəssisə rayonun Yuxarı Aralıq kəndində yerləşir. 0,23 hektar ərazidə fəaliyyət göstərən müəssisə 2010-cu ildə fəaliyyətini dayandırıb. Hazırda mövcud vətəgənin bərpası, eləcə də muxtar respublikada ilk ixtisaslaşmış şirin su xərçəngi vətəgəsinin yaradılması istiqamətində işlər görülür.

Bu məqsədlə su və kommunikasiya xətlərinin bərpası, sənədlərin hazırlanması və aidiyyəti qurumlara müraciətlərin edilməsi istiqamətində tədbirlər həyata keçirilir. Müəssisənin fəaliyyətinin bərpası ilə 5 yeni iş yerinin yaradılması nəzərdə tutulur.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM