satellite   Azerspace-1: 11135 H 30000

Zelenski Samara vilayətinə və Qara dəniz akvatoriyasına zərbələr endirildiyini açıqlayıb

Zelenski Samara vilayətinə və Qara dəniz akvatoriyasına zərbələr endirildiyini açıqlayıb

Ukrayna qüvvələri Rusiyanın Samara vilayətindəki logistika qovşağına və Qara dəniz akvatoriyasındakı hədəflərə zərbələr endirib.

NTV xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski sosial şəbəkələrdə yazıb.

Onun sözlərinə görə, əvvəlki zərbələr də nəticə verib. Xüsusilə Saki aerodromunda "Su-24M" təyyarəsi və dörd ədəd aerodrom avadanlığı məhv edilib.

Bundan başqa, Zelenskinin sözlərinə görə, Ukrayna qüvvələri Bryansk vilayətində pilotsuz uçuş aparatlarının idarə edilməsi üzrə retranslyasiya stansiyalarını məhv edib.

Öz növbəsində, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat verib ki, Ukrayna qüvvələri Rusiyanın Krasnodar diyarındakı "Primorsko-Axtarsk" aerodromu ərazisində "Niobi" radiolokasiya stansiyasını və pilotsuz uçuş aparatlarının saxlanması üçün 18 anbar binasını vurub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM