satellite   Azerspace-1: 11135 H 30000

“Daşlara həkk olunan tale: Əcəmi Naxçıvani” bədii-sənədli filminin çəkilişləri yekunlaşıb

“Daşlara həkk olunan tale: Əcəmi Naxçıvani” bədii-sənədli filminin çəkilişləri yekunlaşıb

Azərbaycan Respublikasının Kino Agentliyinin (ARKA) həyata keçirdiyi “Azərbaycanın mədəni irsinə səyahət” layihəsi çərçivəsində növbəti filmin çəkilişləri yekunlaşıb.

ARKA-dan NTV-yə bildirilib ki, dövlət sifarişi ilə “Şahdağ Film” tərəfindən lentə alınan “Daşlara həkk olunan tale: Əcəmi Naxçıvani” bədii-sənədli filmi memarın 900 illiyinə həsr olunub.

Ekran əsəri Əcəmi Naxçıvaninin 900 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Prezidentinin müvafiq Sərəncamına əsasən ərsəyə gətirilir. Filmin çəkilişi “Azərbaycanfilm” Kinostudiyası ilə yanaşı, Gəncə şəhərində, Qaradağ rayonunda, "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsində həyata keçirilib. Hazırda film postprodakşn mərhələsindədir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM