Türkiyənin İstanbul şəhərini su ilə təmin edən anbarlarda doluluq səviyyəsi 45,16 faizə enib. Bu göstəricinin kritik həddən aşağı olduğu bildirilir.
NTV xəbər verir ki, şəhərin su anbarlarında avqustun 19-da 48,13 faiz olan doluluq səviyyəsi 8 gün ərzində 2,97 faiz azalıb.
Bu il ərzində isə anbarların doluluğu 72,05 faizlə mayın 11-də ən yüksək səviyyəyə çatıb.
Hazırda ən yüksək doluluq 74,29 faizlə Elmalı, ən aşağı göstərici isə 10,64 faizlə Pabuçdərə su anbarlarında qeydə alınıb.
Göstəricilər nəzərə alınaraq mütəxəssislər əhalini suya qənaət etməyə çağırırlar.
