satellite   Azerspace-1: 11135 H 30000

“Eternity-2026” təliminin yekun planlaşdırma konfransı olub - FOTOLAR

“Eternity-2026” təliminin yekun planlaşdırma konfransı olub<font color=red> - FOTOLAR</font> “Eternity-2026” təliminin yekun planlaşdırma konfransı olub<font color=red> - FOTOLAR</font> “Eternity-2026” təliminin yekun planlaşdırma konfransı olub<font color=red> - FOTOLAR</font> “Eternity-2026” təliminin yekun planlaşdırma konfransı olub<font color=red> - FOTOLAR</font> “Eternity-2026” təliminin yekun planlaşdırma konfransı olub<font color=red> - FOTOLAR</font> “Eternity-2026” təliminin yekun planlaşdırma konfransı olub<font color=red> - FOTOLAR</font> “Eternity-2026” təliminin yekun planlaşdırma konfransı olub<font color=red> - FOTOLAR</font> “Eternity-2026” təliminin yekun planlaşdırma konfransı olub<font color=red> - FOTOLAR</font>

Azərbaycan, Türkiyə və Gürcüstan hərbi qulluqçularının iştirakı ilə keçirilən “Eternity-2026” kompüter dəstəkli komanda-qərargah təliminin yekun planlaşdırma konfransı başa çatıb.

Bu barədə NTV-yə Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, üçtərəfli hərbi əməkdaşlıq planına əsasən təşkil olunan konfransda təlimin ssenarisi, taktiki tapşırıqlar, eləcə də iştirakçı heyətin logistik və hərtərəfli təminat məsələləri razılaşdırılıb.

Təlimin əsas məqsədi mümkün təhdidlərə qarşı birgə mühafizə tədbirlərinin planlaşdırılması, regionun strateji əhəmiyyətli iqtisadi və enerji infrastrukturlarının, nəqliyyat dəhlizlərinin, eləcə də digər beynəlxalq layihələrin təhlükəsizliyinin təmin edilməsi məqsədilə hərbi bölmələr arasında qarşılıqlı fəaliyyət imkanlarının artırılmasıdır.

Konfransın sonunda təlim tapşırıqlarının razılaşdırıldığı və təlimə hazırlıq mərhələsinin tamamlandığı bildirilib, yekun protokol imzalanıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM